Xalq artisti Niyaməddin Musayev "Hər şey daxil" verilişinin qonağı olub.

Unikal.org xəbər verir ki, xalq artisti onun mahnılarını oxuyan gənc ifaçılara xəbərdarlıq edib.

O bildirib ki, bəstələri olduğu kimi yox, fərqli formada səsləndirirlər:

"Mənim mahnılarımı oxuyurlar, çox sağ olsunlar. Amma xahiş edirəm, sözlərini düz oxusunlar, mahnını korlamasınlar. Məndən sonra bu bəstələri gələcək nəsilə onlar çatdıracaqlar. Buna görə diqqətlə yanaşsınlar. Çıxıb sözləri pis oxuyurlar,mənasını bilmirlər, ağızlarına gələni tələffüz edirlər.Dəfələrlə zəng vurub demişəm ki, düzəldin. Bilmədikləri sözü məndən soruşsunlar, kitabdan axtarsınlar. Çıxır oxuyur, sözün deyilməsi ilə fəlsəfi mənasıüst-üstə gəlmir. Aranjiman edirlər, mahnı dəyişir. Özlərindən "qəmbərqulu düzəldirlər".axşam.az