"Geyimimi özüm seçmişəm. Sinə dekolteli geyimlərdən sıxılmıram. Mən artıq neçə illərdi Londonda yaşayıram. Ora o qədər alışmışam ki... Belə şeylər orada normal qəbul edilir".
Unikal.org xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında "Eurovision 2011" qalibi Nigar Camal deyib. "Stalinin başı" filminin qala gecəsinə qatılan ifaçı sinə dekolteli libasından danışıb. O bildirib ki, bu cür libaslar geyinməkdən çəkinmir.
Londonda yaşayan müğənni Bakıya tez-tez gəlməsindən söz açıb:
"Həm işlərimiz çox olduğu üçün, həm də dostlarım, ailəm burada olduğuna görə gəlirəm. Fəaliyyətimi Londonda davam etdirmək niyyətim yoxdur. Birincisi İngiltərənin şou-biznesini bilsəydiniz sevməzdiniz. İkincisi də mən həmişə deyirəm ki,orada anayam. Övladlarım orada doğulub və təhsil alırlar. Bir şəhərdə çox qala bilmirəm. Gedib gəlmək artıq çətin deyil. Zaman keçdikcə insan hər şeyə öyrəşir. Övladlarım azərbaycan dilində zəif danışırlar, çünki ətrafları hər zaman ingiliscə danışdıqları üçün cavab da o dildə verilir".
N.Camal İngiltərədə tanınmadığını söyləyib:
"İngiltərə "Eurovision"a o qədər də meyilli deyil. İlk vaxtlar tanıyırdılar, amma o vaxtdan 6 il keçib.
Müğənni bu il ölkəmizi "Eurovision"da təmsil edəcək Diana Hacıyevadan da bəhs edib:
"Diana düşünürəm ki, digər iştirakçılardan tam fərqlidir. Məncə maraqlı olacaq, çünki eyni stildə ifa edən müğənniləri göndərsək doğru olmaz".
Nigar şəxsi həyatı ilə bağlı suallara belə cavab verib:
"Şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Buna düzgün baxmıram. Şəxsi deyiriksə, deməli gizlilik olmalıdır. Həyatımda heç kim yoxdur. Lazımsız birinə vaxtımı boş-boşuna sərf etməkdənsə, yalnız qalmaq daha yaxşıdır. Yenidən ailə qurmağı düşünmürəm. Amma evlilik təklifləri alıram. Qarşıma sevdiyim biri çıxsa, bu barədə düşünərəm".