İstanbul Kiçikçəkməcədə bir litseydə bədən tərbiyəsi müəllimi işləyən Sərcan Urucun yaşadığı evində yanmış cəsədi tapılıb.
Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Kiçikçəkməcədəki litseyin bədən tərbiyəsi müəllimi işləyən 36 yaşındakı Sərcan Urucun iki gündür məktəbə gəlmədiyini görən iş yoldaşları narahat olublar. Telefonuna zəng çatmadığını görən müəllim yoldaşları onun evinə yollanıblar. Evdə qapını da açan olmayıb. Bu zaman onlar bir çilingər çağırıb içərindən qıfıllanmış qapını açdırandan sonra evə daxil olublar. Evdə Urucun yanmış cəsədi ilə qarşılaşıblar.
Müəllim yoldaşları dərhal polisə xəbər veriblər. Hadisə yerinə gələn əməliyyatçılar, Urucun yanmış cəsədinin yanında narkotik qurğusu olan vedrə və folqa parçaları tapıblar.
Cəsədin olduğu evə 2 həftə əvvəl köçdüyü deyilən müəllimin narkotikdən asılı olduğu da iddia edilib.