Müğənni Nadir Qafarzadənin illər öncə ANS-də çəkilmiş görüntüsü yayılıb.
Unikal.org ölkə.az-a istinadən xəbər verir ki, ANS-də yayımlanan "Xoşvaxt olun" verilişində qonaq olan Qafarzadə Xocalı soyqırımının matəm günü olmadığını bildirir:
"Gəlin qeyrətdən danışmayaq. Onda qeyrətimizi itirdik ki, Qarabağı verdik, getdi. Anam dünyasını dəyişəndə toya getdim. Anamı saat 5-də məzara qoyub, 7-də gedib toyda oxumuşam. Heç anamın öldüyü günü yadımda saxlamamışam. Xeyir ola, ilboyu yas saxlamalıyam. Heç həmin gün matəm günü deyil".
Xatırladaq ki, sözügedən verilişin aparıcısı xalq artisti Nisə Qasımova olub.
Qeyd edək ki, həmin il Nadir Qafarzadə Xocalı soyqırımının ildönümü günündə xarici ölkədə səhnə aldığı üçün ANS-də haqqında tənqidi süjet yayımlanmışdı.