Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb. O, türk ordusunun Suriyadakı planlarına dair olduqca önəmli açıqlamalar verib.
Unikal.org xəbər verir ki, Ərdoğan Əl-Babın azad edilməsindən sonra növbədə Menbiç şəhərinin olduğunu deyib.
"Əl-Babdan sonrakı istiqamət Menbiç olacaq. O ərazi PYD terror təşkilatına buraxılmayacaq. Əgər Rusiyadan tələb gələrsə, Menbiç əməliyyatını birgə icra edə bilərik" -” prezident deyib.
Xatırladaq ki, Menbiç şəhərinə nəzarət hazırda ABŞ-ın dəstək verdiyi, ancaq Türkiyənin terrorçu təşkilat olaraq tanıdığı PYD-nin əlindədir.