Bu hal şikayətlərin artmasına səbəb olub
Rusiyada bankların şübhəli əməliyyatların araşdırılması üzrə prosesi avtomatlaşdırması,hesabların kütləvi bloklanması müştərilərin şikayətlərinin artmasına səbəb olub. Şikayətlərin 80%-dən çoxu "Sberbank"la bağlıdır.
Unikal.org bu barədə Rusiya mətbuatəna istinadənxəbərverir. Bildirilir ki, müştərilər əsasən böyük məbləğdə vəsaitin köçürülməsi və ya çıxarılması zamanı kartın bloklanmasından şikayətlənirlər. Müştərilərin sözlərinə görə, bank pul vəsaitinin qəbul olunduğu mənbə haqqında səbnədlər tələb edirlər. Həmin sənədlərə 2-5 iş günü ərzində baxılır. Bundna sonra bank hesabın blokdan açılması barədə qəti qərar verə bilər.
Qey edək ki, Anti-pulyuyulması qanununun tələblərinə əsasən, mütləq yoxlamalara 600 min rubldan çox əməliyyat daxildir. Lakin bank şübhə oyadan bu məbləğdən az olan köçürməni də dayandıra yaxud dondura bilər və əməliiyatın məqsədi və digər sənədlər tələb edə bilər.
"Sberbank"ın bu sahədə lider olması onun bazar payı ilə əlaqədar olduğu bildirilir.Ancaq ekspertlər şikayətlərin kəskin artımını bankda prosesin avtomatlaşdırılması ilə əlaqələndirirlər.
Xüsusi proqram -robot şübhəli sayılan əməliyyatları qruplaşdırır və bloklayır, nəticədə hesabların kütləvi bloklanması qeydə alınır. "Sberbank" problemi təsdiqləyir.
"Həqiqətən də bloklanan köçürmələrin və hesabların 10 %-i daha sonra müştərilərlə aydınlaşdırıldıqdan və sənədlərin qəbulundan sonra blokdan çıxarılır. Bununla yanaşı, bank avtomatlaşdırmadan imtina edə bilməz. Əgər əllə idarə olunan rejimə keçsək əməliyyatların yoxlanılması üçün bizə çoxlu sayda mütəxəssis lazım olacaq", -bankdan bildirilib.