2017-ci ilin fevralında İraqda hərbi əməliyyatlar, terror aktları və digər zorakılıq halları nəticəsində 392 dinc sakin həlak olub.
Unikal.org-un məlumatına görə, bu barədə BMT-nin İraqdakı missiyası hesabatında deyilir.
Bundan əlavə, 613 nəfərin yaralandığı bildirilir. BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubiş İraqda mülki əhali arasında ölüm halları ilə bağlı narahatlığını ifadə edib.