Moskvanın Basman rayon məhkəməsi Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qiyabi həbsinə icazə verib.
Unikal.org "TASS"-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs böyük dələduzluqda ittiham edilir. Bundan başqa bildirilib ki, eks-deputat istintaqdan qaçır, işin araşdırılmasına mane olur.
Qarşı tərəf isə məhkəmənin çıxardığı qərarla bağlı şikayət vermək niyyətindədir.
Qeyd edək ki, hazırda Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkov Rusiyada olmadığı üçün axtarışa verilib.