ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artıracaq.
Unikal.org-un xəbərinə görə, bu barədə FED-in rəhbəri Canet Yellen bildirib.
"Çox güman ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq, deyə C.Yellen vurğulayıb.
Fevralın 23-də FED uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi.
Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.