Çində restoranın uçması nəticəsində 2 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə "Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə şərqi Fuçzyan vilayətindəki "Minfa ticarət mərkəzində, yerli vaxtla saat 22:00-da baş verib. Hadisə yerinə gəlmiş xilasedicilər dağıntılar altından 7 nəfəri çıxarıblar. Onlardan 2-nin öldüyü bildirilir.

Xəsarət almış digər şəxslər xəstəxanaya yerləşdiriliblər. Hadisənin başvermə səbəbləri barəsində məlumat verilmir.