Türkiyədə intihar hadisəsi qeydə alınıb.
Unikal.org "gazetevatan"a istinadla bildirir ki, iki uşaq anası Rəbiyə Qaraqaya özünü 4-cü mərtəbədən atıb. Çoxlu qan itirən Rəbiyə həlak olub.
Hadisə ötən gün gecə saat 3-də baş verib. Deyilənlərə görə, o, əri təcavüzdən həbsə girdikdən sonra depressiyaya düşdüyünə görə canına qəsd edib.
Qeyd edək ki, onun bələdiyyədə işləyən əri bir müddət əvvəl həmkarına təcavüz edib. O, məhkəmənin qərarı ilə həbs edilib. İki uşağı ilə başsız qalan qadın qonşuların onunla əlaqəni kəsməsindən sonra depressiyaya düşərək intihar edib.