Almaniyadan sonra daha bir dövlət Türkiyənin ölkəsində tədbir keçirməsinə icazə verməyib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Hollandiya Türkiyə rəsmilərinin referendumla bağlı Rotterdam şəhərində tədbir keçirmək istəyinə rədd cavabı verib.
Hollandiya rəsmisi bildirib ki, tezliklə Ankara bu barədə məlumatlandırılacaq.
Qeyd edək ki, martın 11-nə planlaşdırılan tədbirə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun qatılacağı gözlənilirdi.