Türkiyənin Hatay vilayətinin Samandağ mahalında Yaylacıq deyilən ərazidə qəzaya uğrayan Suriya Hərbi-Hava Qüvvələrinə aid hərbi təyyarənin pilotu tapılıb.

Unikal.org DHA-ya istinadən xəbər verir ki, qəzanın baş verdiyi haqda məlumat alındıqdan dərhal sonra başlanan axtarış əməliyyatları nəticəsində katapult vasitəsilə təyyarəni tərk edən pilot tapılıb.

Pilotun yaralı olduğu bildirilir və o, xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Suriya təyyarəsi Əhrar əş-Şam qruplaşması tərəfindən vurulub.