ABŞ-da, Kaliforniya ştatının Berkli şəhərində prezident Donald Trampın tərəfdarları və əleyhdarları arasında baş vermiş qarşıdurma nəticəsində üç nəfər xəsarət alıb.

Trampa dəstək olanlar onun əleyhdarları ilə mübahisəyə girərək qarşıdurma yaradıblar.

Qarşıdurmaya polis əməkdaşları müdaxilə ediblər, üç nəfər xəsarət alıb.