Donald Trampın administrasiyası xarici ölkələrə maliyyə yardımının həcmini azaltmağı planlaşdırır.
Bunu Ağ Evin İnzibati-büdcə idarəsinin direktoru Mik Malveni deyib.
Xatırladaq ki, daha əvvəl Wall Street Journal öz mənbələrinə istinadən bildirmişdi ki, Tramp administrasiyası Dövlət Departamentinin və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) büdcələrini 37% azaltmaq istəyir. İki büdcə 50 milyard dollar təşkil edir.