Filippində 5,9 bal gücündə baş verən zəlzələ nəticəsində ən azı 1 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb.
Unikal.org TASS agentliyinə istinadla xəbər verir ki, zəlzələ Suriqao şəhərindən 13 kilometr cənub-qərbdə qeydə alınıb. Təbii fəlakətin ocağı 13 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, fevralın 10-də Filippinin cənubunda 6,7 bal gücündə baş verən yeraltı təkan zamanı 4 nəfər həlak olmuşdu, təxminən 100 nəfər isə yaralanmışdı.