Gürcüstanın Avstriyadakı səfiri Konstantin Zaldastanişvili Avstriya xarici işlər naziri Sebastyan Kurtsun Gürcüstanda qaçqınlar üçün mərkəz yaradılmasını təklifinin əvvəllər müzakirə olunmadığını bildirib.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, K. Zaldastanişvili Gürcüstanın "Birinci Kanal telekanalına müsahibəsində deyib ki, bu məsələ indiyə qədər heç bir rəsmi görüşdə müzakirəyə çıxarılmayıb.
K. Zaldastanişvili bu məsələnin S. Kurtsun bir ay əvvəl Gürcüstana səfəri zamanı da gündəlikdə olmadığını vurğulayıb: "Sebastyan Kurtsun konkret nəyi nəzərdə tutduğunu söyləmək mənə çətindir. Gələn həftə Avstriya tərəfi ilə məsləhətləşmələr başlayacaq və məsləhətləşmələrin gedişində məsələ aydın olacaq. Biz bu gün Avstriya Nazirlər Kabineti ilə əlaqə saxlamağa çalışdıq. Ancaq bu gün bazar günüdür və əlaqə yaratmaq çətindir. Sabah biz mütləq Avstriya Xarici İşlər Nazirliyi ilə əlaqə yaradacağıq və məsələyə daha çox aydınlıq gətirilməsinə çalışacağıq.