Aralıq dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 503 miqrant xilas olunub.

Unikal.org-un "AP agentliyinə istinadən verdiyi xəbərə görə, rezin qayıqlarda 358 kişi, 29 qadın və 116 uşaq olub.

Norveçə məxsus hərbi gəmi tərəfindənhəyata keçirilənəməliyyat zamanı ağır xəstəlikdən əziyyət çəkən 16 yaşlı miqrant ölüb. İnsan alverində şübhəli bilinən 2 şəxs isə saxlanılaraq İtaliya sahil mühafizə xidmətinə təhvil verilib.