Misirdə keçirilən qəribə toy mərasimi böyük əks-sədaya səbəb olub.
Unikal.org xəbər verir ki, 9 yaşlı bəy və 8 yaşlı gəlinin ailə həyatı qurduğu toy məclisi ölkədə böyük etirazlara səbəb olub.
Dekhaliye şəhərində baş tutan toy məclisində çoxsaylı qonaqlar da iştirak edib. 9 yaşlı Muhammed Hasan Atiye əmisi qızı 8 yaşlı Nebile Abdusselamla evlənib. Hadisədən dərhal sonra Misir uşaq hüquqları dərnəkləri federasiyası ailələr haqqında cinayət işinin qaldırılması üçün məhkəməyə müraciət edib.moderaot.az