Suriyada türk hərbçilər xəsarət alıblar.

Unikal.org-un xarici mətbuata istinadən xəbər verir ki, Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin olduğu əraziyə PYD (PKK terror təşkilatının Suriya qanadı) minaatandan atəş açılıb.

Hücum zamanı 4 çavuş yaralanıb.

Yaralı hərbçilərdən biri helikopterlə Qaziantepə, üçü isə Kilis xəstəxanasına aparılıb. Onların vəziyyətlərinin yaxşı olduğu deyilir.

Cavab zərbələri nəticəsində qarşı tərəf susdurulub.