Qazaxıstanın Təhsil Nazirliyinin saytı naməlum hakerlər tərəfindən sındırılıb.
Unikal.org-un "RİA "Novosti" agentliyinə istinadən məlumatına görə, ehtimal edilir ki, onlar xarici serverlərdən hücum ediblər.
Bildirilir ki, hücumlar bazar günü, martın 5-də gecə baş tutub. Növbəti günün naharına isə saytın fəaliyyəti bərpa edilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu sındırılma təhsil və elmin inkişafı üzrə dövlət proqramını qəsdən gözdən salmaq üçündür.