Türkiyənin baş naziri Binəli Yıldırımın olduğu helikopter ölkənin cənub-şərqindəki Muş vilayətinin kəndlərinin birində fövqəladə eniş etməli olub.
Unikal.org-un məlumatına görə, enişə qatı duman səbəb olub.
Qeyd edək ki, B.Yıldırım Muş vilayətinə konstitusiya dəyişiklikləri ilə bağlı mitinqdə iştirak etmək üçün gəlib.
Qeyd edək ki, üç gün əvvəl-martın 3-də Türkiyə baş naziri Binəli Yıldırımın olduğu təyyarə də təcili eniş etmişdi. O vaxt da səbəb qatı duman olmuşdu və təyyarə Zonguldak hava limanına təcili eniş etməyə məcbur olmuşdu.
Buna görə o vaxt baş nazirin iştirakı planlaşdırılan Bartın mitinqi ləğv edilmişdi.