Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, eləcə də Millətlər Birliyinə daxil olan 15 dövlətin kraliçası II Yelizavetanın ictimaiyyət arasına daima əl çantası ilə çıxması diqqətinizi çəkib?
Unikal.org aznews.az-a istinadən bu kiçik kraliyyət sirrini açır:
Kraliyyət bioqrafı Salli Bedell Smitin sözlərinə görə, əl çantasında kraliça daima ayna, dodaq boyası, qələm, bir neçə nanəli nabat və optik eynək gəzdirir. Bazar günləri isə özü ilə kilsə hədiyyələri üçün səliqə ilə yığılmış bir neçə pul götürür.
Ancaq çox vaxt kraliçanın aksessuarı özünəməxsus indikator kimi də istifadə olunur: O, öz çantası vasitəsilə personala hansısa rəsmi tədbiri tərk etmək istəyi barədə siqnallar verir. Məsələn:
Əgər söhbət əsnasında kraliça əl çantasını bir əlindən digərinə keçirirsə, personal üçün bu, onun söhbəti bitirməyə hazır olduğuna işarədir. Lakin siz bu jesti heç hiss etməyəcəksiniz. Məsələn, kimsə yaxınlaşacaq və deyəcək: "Ser, Kanterberi Arxiyepiskopu sizinlə görüşməyi çox istərdi.
Əgər kraliça nahar süfrəsi arxasında çantasını stolun üzərinə qoyursa, bu o deməkdir ki, o, sözügedən tədbirin yaxın 5 dəqiqə ərzində başa çatmasını istəyir.
Əl çantasını yerə qoyarkən kraliça göstərir ki, danışıqdan heç də zövq almır və saray xanımının onu "xilas etməsini istəyir.
Lakin üzüyün burulması ən dramatik jestdir. Bu halda kraliça işarə verir ki, personal onu dərhal "xilas etməlidir.