Misir hərbçiləri Sinay yarımadasında 11 silahlını məhv edib. 

Unikal.org-un "RİA Novosti agentliyinə verdiyi xəbərə görə, bu barədə Misir Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.

Məlumata əsasən, martın 6-da Sinay yarımadasının şimalında həyata keçirilən əməliyyat zamanı 11 silahlı məhv edilib, onlarla terrorçu və radikal dəstə üzvləri həbs edilib.

Qeyd edək ki, Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.