Doğuşdan sonrakı artıq çəkilər bütün qadınların kabusudur. Lakin bir çox məşhur simalar hamiləlikdən sonra artıq çəkilərə meydan oxumaqları ilə təəccüb doğurublar. Onlar ana olduqdan sonra qısa müddət ərzində əvvəlki görünüşləri və bədən quruluşlarına qovuşmaqla çoxlarının heyranlığını qazanıblar. Aile.lent.az türkiyə mediasına istinadən xarici görünüşləri ilə diqqət mərkəzində olan məşhur simaları və onların arıqlama sirlərini təqdim edir.
Şeyda Coşkun
Məşhurları arıqladan məşhur uzman Şeyda Coşkun özü hamiləliyi müddətində 11 kilo artıq çəki alıb. Bol su içməyə üstünlük verən gözəl ana beləliklə, qısa zamanda hamiləlik çəkilərinin öhdəsindən gəlməyi bacarıb. Hər gün 15-20 km piyada yeridikdən sonra zülal qəbul edən Ş. Coşkun əvvəlki formasına dönməyə nail olub.
Ece Erkən
Ötən ilin aprel ayında ana olan və oğlunu qucağına alan türkiyəli xəbər aparıcısı Ece Erkən hamiləliyi müddətində 30 kilo kökəlib. Doğuşdan sonra bir fotoşəklini "instagram"da paylaşan teleaparıcı arıqlamasını əmizdirməyə borclu olduğunu deyib: "Həmişə "çox arıqlamısan" deyirsiniz. Lakin hələ 8 kilo da arıqlamalıyam. Əvvəllər bədən ölçüm 34 idi, indi 36-dır. Hamiləlik vaxtı 30 kilo artıq çəki aldım. Ancaq oğlumu əmizdirməklə 22 kilo arıqladım. Oğlum imkan versə, yaxın günlərdə idmana başlayacam".
Demet Akalın
Hamiləliyi dövründə 30 kilo artıq çəki alan müğənni qısa zamanda bu çəkidən azad olmağı bacarıb. Artıq çəkinin yarısını doğuşdan sonra bir ay içində verən D. Akalın formasına diqqət edən məşhurlardandır. O, doğuşdan sonra güclü pəhriz saxlayaraq artıq çəkisini üç ayda itirib.
Məryəm Üzərli
Aktrisa hamiləliyi zaman təxminən 15 kilo kökəlib. Məryəm Üzərli doğuşdan sonra artıq çəkilərini velotrenajorla itirdiyini deyib. Doğuşu Berlində baş tutan aktrisa müxtəlif idman növləri ilə də məşğul olduğunu etiraf edib.
Esra Erol
İkinci övladını bir neçə ay əvvəl dünyaya gətirən aparıcı Esra Erol müsahibələrinin birində doğuş kilolarından necə azad olduğunu açıqlayıb: "Mən çox pəhriz saxlaya bilmərəm. Çünki tiroid narahatlığım var. Sadəcə sağlam qidalanıram. Hər gün 30 dəqiqə ip atlamağa borcluyam".
Ebru Şallı
Pilates uzmanı Ebru Şallı ikinci hamiləliyində cəmi 9 kilo kökəlib. Çox rahat və sağlam bir hamiləlik keçirdiyini deyən E. Şallı gözəl görünüşünü pilatesə borclu olduğunu hər dəfə vurğulayır.
Bade İşçil
Aktrisa Badə İşçil hamiləliyi müddətində 17 kilo kökəlib. O da artıq çəkisindən qısa zamanda azad olaraq sürətlə əvvəlki formasına qovuşan məşhurlardandır. Hamiləliyi zamanı atışdırmalardan uzaq durduğunu deyən aktrisa doğuşdan sonra bol tərəvəz və balıq yediyini etiraf edib. Çəki verməkdə əmizdirmənin çox təsirli olduğunu hər dəfə vurğulayan B. İşçil belə deyib: "Paltar, qab-qacaq, körpə, yuxusuzluq çəkimi azaltdı. Televizora belə baxmırdım, ekranın qarşısında yuxulayırdım. Çünki çox yorulurdum. Ana olmaq çətindir".
Şeyma Subaşı
Modelyer, eyni zamanda məşhur aparıcı və bir çox layihələrə atdığı imzalarla məşhurlaşan Acun İlıcalının həyat yoldaşı Şeyma Subaşı sanki heç uşaq doğmayıb. O, hamiləlik zamanı 13 kilo artıq çəki alıb. Ş. Subaşı doğuşdan sonra müsahibələrinin birində arıqlamağının sirrini bölüşüb: "Doğuşa az qalmış 8 kilo arıqladım. Qalan artıq çəkimi isə 2 ay içərisində itirdim. Hal-hazırda hamilə qalmazdan əvvəlki çəkimdən də arığam".
Yasemin Ergene
İki qız anası olan və doğuşdan sonra aktrisalıq karyerasına vida edən Yasemin Ergene gözəl görünüşünü tərəvəz və zülalla qidalanmasına borclu olduğunu bildirib. Hər zaman gilas sapı, qarğıdalı saçağı, cəfəri və qərənfildən ibarət bitki çayı içir. O, xüsusilə doğuşdan sonra artıq kilolardan azad olmaq üçün bu çayın çox faydasını gördüyünü etiraf edib.
Tuba Ünsal
Hamiləliyi müddətində 14 kilo kökələn Tuba Ünsal oğlunu Los-Ancelesdə dünyaya gətirib. T. Ünsal doğuşdan sonra iki həftədə 7 kilo arıqladığını deyib. Maneken və aktrisa sürətlə arıqlamasını normal doğuşla bağlı olduğunu açıqlayıb.