Bakıda ölümlə nəticələnən qəza baş verib.

Unikal.org-un "Report"-a  istinadən xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində 1982-ci il təvəllüdlü Aydın Kosayev idarə etdiyi "Coca-Cola" şirkətinə məxsus "İsuzu" markalı kiçik tutumlu yük avtomobilini körpünün altındakı dirəyə çırpıb. Nəticədə sürücü kabinada sıxılaraq ölüb.

Faktla bağlı Dövlət Yol Polis İdarəsinin Xəzər rayon Şöbəsində araşdırma aparılır.