Türkiyə polisi təhlükəsizlik qaydalarına uyğun olaraq, Ankara və İstanbuldakı Hollandiya diplomatik nümayəndəliklərini mühasirəyə alıb.
Unikal.org RİA-ya istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Hollandiyaya səfərinin qadağan olunmasından sonra Hollandiyanın Ankaradakı səfirliyi və İstanbuldakı baş konsulluğunun təhlükəsizliyi üçün belə bir addım atılıb.
Qeyd edək ki, ötən gün Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Hollandiyanın Rotterdam şəhərində mitinq keçirməyi planlaşdırırdı. Lakin qarşı tərəf onun səfərinə icazə verməyib. Həmçinin, Almaniyadan Hollandiyaya maşınla gəlmək istəyən nazir Fatma Betülün korteji sərhəddə saxlanılıb və geri qayıtması tələb edilib.