Ötən ilin avqustunda evləndiyi müğənni Yavuz Bingöldən boşanmağa hazırlaşan Öykü Gürman klip çəkilişi üçün Beykoza yollanıb.
Unikal.org-un Axşam.az-a istinadən xəbərinə görə, Murad Evginlə duet şəklində oxuduğu "Kaderimsin" adlı mahnıya klip çəkdirən Gürmanın yanında cangüdənlər olub.
Yavuz Bingölün mühafizəçiliyini və sürücülüyünü edən, son günlərdə isə Öykü ilə görünən kişi ifaçının yanından heç ayrılmayıb.
Çəkiliş bitdikdən sonra məkandan uzaqlaşan Gürman boşanması ilə bağlı sualları cavabsız qoyub.