Prezident "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə göstəriş verib.
Unikal.org xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamını "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, â„– 9, maddə 790; 2011, â„– 12, maddə 1208; 2013, â„– 8, maddə 959; 2016, â„– 1, maddə 115) 1-ci hissəsi ləğv edilsin.