Cari ilin yanvar ayı ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12,2 min doğulmuş körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 202-si əkiz, 3-ü isə üçəm doğulanlardır.

2017-ci il fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9816,1 min nəfərə çataraq ilin əvvəlindən 6,1 min nəfər və ya 0,1 faiz artıbr. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 113 nəfər olub.

Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 nəfər qadın düşür.