Elektriklə işləyən avtobuslar yaxın zamanda istifadəyə veriləcək

Türkiyənin "Aselsan" və "Temsa" şirkətləri müştərək şəkildəictimai nəqliyyat üçün elektriklə işləyən avtobus istehsal edib.

Unikal.org-un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, elektriklə işləyən avtobuslar 8-10 dəqiqə elektrik ehtiyatı toplaya bilir. Layihə üzrə avtobusların iki nümunəsi hazırlanıb. Yaxın zamanlarda avtobusların istismara veriləcəkləri ehtimal edilir.

"Avtobuslar xüsusi elektrik sistemlə təchiz olunub vəkarbon tullantıları sıfra bərabərdir. Nəqliyyat vasitəsi səssiz, komfortlu və ən son texnoloji sistemlərlə təchiz edilib. Avtobusda 35 oturacaq və ayaqüstü 52 nəfər üçün nəzərdə tutulub", - şirkətin nümayəndələri söyləyiblər.

Avtobus elektrik enerjisi ilə 50-70 km məsafə qət edir.