Ötən ay qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb
Azərbaycanda bu ilin yanvar ayında 4,3 min nikah və 1,1 min boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, bu statistika Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən aparılıb. Hesabata əsasən, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı isə 1,4 olub.
Bundan başqa, builin yanvar ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 146 nəfər gələn və 97 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 49 nəfər təşkil edib.