"Check Point adlı tədqiqat şöbəsi, WhatsApp və Telegram messencerlərinin desktop versiyalarının yeni hack üsulunu tapıblar.
Unikal.org xəbər verir ki, sözügedən messencerlərin web versiyalarını istifadə edən istifadəçiləri, sadə bir foto ilə hack etmək mümkündür. Bunun üçün hackerlər, istifadəçilərə, özündə zərərli kod daşıyan adi foto göndərirlər.
Fotoya daxil olanda isə xüsusi alqoritm işə düşür. Beləliklə hacker, istifadəçinin bütün məlumatlarını əldə edə bilir. Bu zaman istifadəçinin messencerindəki ismarıclar, fotolar, videolar və digər fayllar təhlükə altına düşür. Daha sonra, özündə həmin zərərli kodu daşıyan fotonu digər istifadəçiləri də göndərmək olar. Qeyd etmək lazımdır ki, bu problem yalnız messencerlərin desktop versiyalarında yaranır.
"Check Point şirkəti artıq bu problem barəsində messencerlərin developerlərinə xəbər verib. Onlar isə həmin problemi aradan qaldırıblar. Siz yenə də tanış olmayan insanlardan gələn hansısa bir faylı açmasaz daha yaxşı olar.