Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Regional Şöbəsinin keçmiş əməliyyatçısı narkotik maddə ilə tutulub.

Unikal.org report-a istinadən xəbər verir ki, BNMİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İdarəni Cənub Regional Şöbəsinin keçmiş əməliyyatçısı Nazim Xəlilov tutulub. Onun üzərinə baxış keçirilən zaman səkkiz bükümdə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.