Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətov oğlu Xalid Mədətovun əfv olunmasına münasibət bildirib.

O, Unikal.org-a açıqlamasında deyib ki, prezident İlham Əliyevin onun oğlunu əfv etməsindən xəbərdar idi: "Hazırda Bakıda olmadığım üçün Xalidin həbsxanadan çıxıb-çıxmamasından xəbərsizəm. Prezident İlham Əliyevə bundan dolayı minnətdarlığımı bildirirəm

Oğlunuzun azadlığa buraxılmasına sevindinizmi? sualına M. Mədətov belə cavab verib: "Hazırda maşındayam deyə danışmaq imkanım yoxdur. Bu hadqa heç nə deyə bilmərəm.

Qeyd edək ki, Xalid Mədətov 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Həsən Babayev