Sumqayıtda uşaq qəbiristanlığının mövcudluğundan yəqin ki çox adamın xəbəri yoxdur.

Unikal.org-un məlumatına görə, nəyin ki, xarici qonaqlar hətta şəhər əhalisinin əksəriyyəti belə buranı tanımır. Qəbirlər ölçüsünə və dəbdəbəsinə görə bir-birindən fərqlənmirlər. Üzərində baş daşı olan məzarlar isə barmaqla sayılası qədərdir. Ötən əsrin 90-cı illərində dünyanın 7 ən çirkli şəhərləri sırasında təəssüf ki, birinci yeri Azərbaycanın böyük sənaye şəhərlərindən biri hesab olunan Sumqayıt tuturdu. Buradakı ekoloji vəziyyətin kritik olması şəhər sakinlərinin sağlamlığına ciddi təhlükə yaradırdı.

Bunun nəticəsi idi ki, körpələr ya əqli, ya da fiziki qüsurlu doğulurdular. Statistikaya görə, o vaxtlar şəhərdə fəaliyyət göstərən iri sənaye müəssisələrində ümumilikdə 15 minə yaxın qadın çalışırdı. Baş pedaitr deyir ki, şəhər üzrə ölüdoğulma hadisələri və vaxtından əvvəl doğuş halları kimya sənayesi müəssisələrində işləyən qadınlar arasında baş verirdi. Bu da səbəbsiz deyildi. Hazırda insanların sağlamlığına təsir göstərən zavodlardan əsər əlamət yoxdur. Şəhərin havası da təmizdir. Uşaq ölümlərinin sayı kəskin azalıb. Artıq uşaq qəbiristanlığında nadir hallarda uşaq dəfn olunur. Körpələri çox vaxt dünyasını dəyişən yaxınlarının məzarının bir kənarında dəfn edirlər. Bu səbəbdən də uşaq qəbiristanlığına demək olar ki, gəlib gedən yoxdur.(arbtv)