Abunəçiyə istifadə etmədiyi internetə görə 68 manat borc niyə gəlib? 

Ölkədə fəaliyyət göstərən mobil operatorların abunəçiləri aldatması, bahalı tarif siyasəti yeritməsi adi hala çevrilib. 

Hazırda özünü Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi adlandıran "Bakcell" şirkəti yalançı reklamları ilə açıq şəkildə bahalı tarif siyasəti yeridir. "Bakcell" aşağı qiymətlər və şirnikləndirici xidmətlərlə abunəçilərin cibinə girir. Yəni, mobil operatorun mənfəət götürmək siyasəti dolayı və gizlidir. Açıq bazar qanunauyğunluqlarından çox-çox uzaqdır. 
Hazırda bu mobil operator daha çox şikayətlərə səbəb olur. Hansı ki, bu şirkət internet trafiklərində, tarif paketlərində, kontur yüklənməsində abunəçilərinin cibinə girməklə məşğuldur. Bu barədə unikal.org-a "Bakcell"in internet trafikləri ilə bağlı şikayət daxil olub. Şikayətçi bildirib ki, danışıq zamanı rabitə kəsilib və sonra danışığı davam etdirmək mümkün olmayıb. Bu səbəbdən də müştəri xidmətlərinə zəng edib. Xidmətin əməkdaşı bildirib ki, internetdən istifadəyə görə 68 manat borc yazılıb. Bu qədər vəsaitin niyə gəlməsi ilə bağlı "Bakcell" müştəri xidmətlərinə şikayətini bildirən abunəçi kobud rəfdarla üzləşib. Belə ki, "Bakcell"in əməkdaşı Elvin Kərimov etik qaydalara zidd davranış nümayiş etdirib. 

Şikayətçi onu da bildirib ki, məsələnin hüqüqi müstəvidə araşdırılması üçün lazımi addımlar atacaq.

Amid