Vətəndaş Vəliyev Zaur Bahadur oğlu 1 Sayli Klinik Tibbi Mərkəzin (Semaşko) həkimi Allahverdi Musayevdən şikayətçidir.

O, Unikal.org-a verdiyi videomüsahibəsində iddia edir ki, həkim onun 5 yaşlı qızı üzərində təcrübə aparıb və pulunu mənimsəyib. Vətəndaş 3 min manatını geri tələb edir:
"2015-ci ildə yoldaşım mənə uşaqda qanaxma olduğunu bildirdi. Bir müddət sonra onu Semaşkoya apardıq. Bizə həkim Allahverdi Musayevi məsləhət gördülər. Həkimin qəbulunda olduq. O, bildirdi ki, uşağın bağırsağında çatlar var. 2015-ci ilin noyabrın 15-də Zəhranı "Semaşkoya yatırdıq. Allahverdi Musayev qızımı bir neçə dəfə əməliyyat və müalicə etdi. Uşağın səhhətində heç bir irəliləyiş olmadı. A.Musayev 5 ay sonra dedi ki, artıq heç nə edə bilmir, bacarmır. Bundan sonra uşağı tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına apardıq. Məlum oldu ki, övladımda ciddi bir problem yox imiş. Həkim öz maraqları naminə övladımı bir neçə dəfə əməliyyat edib. Semaşkoda 3 min manatdan artıq xərcim çıxdı. Tələb edirəm ki, Allahverdi Musayev həmin pulu geri qaytarsın.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Unikal.org bildirilib ki, bu cinayət əməlidir və vətəndaş bununla bağlı nazirliyə rəsmi müraciət etsin.

Qeyd edək ki, 1 saylı Klinik Tibbi Mərkəzin baş hakimi Ədalər Dadaşov yaxın günlərdə mətbuata açıqlamasında rəhbərlik etdiyi xətəxanada tibbi xidmətin pulsuz olduğunu deyib.

Elvin Rüstəmov

Zaur Vəliyevin ətraflı müsahibəsi ilə Videodan tanış ola bilərsiniz: