SSRİ-nin ən məşhur yolsuzluq avtomobillərindən olan "Niva"nin yaradıcısı Pyotr Prusov martın 19-da vəfat edib. Prusov 47 il Voljsk Avtomobil Zavodunun baş konstruktoru olub.
Unikal.org-un məlumatına görə, "Niva"nın 40 yaşı bu il aprelin 5-də tamam olacaq. Bu illər ərzində zavodda 2,5 milyon ədəddən çox "Niva" istehsal edilib.
Bu avtomobil "UAZ 469"la yanaşı dağlıq, yol olmayan ərazilərdə gediş üçün əvəzedilməz olub.