Bakı Zooparkında vəziyyət heç də ürəkaçıcı deyil.
Unikal.org axar.az-a istinadən bildirir ki, hər zaman yerli sakinlərin, xüsusilə də uşaqların ziyarət etdiyi zoopark baxımsızlıq ucbatından yararsız hala düşüb.
Bayram günlərində zooparka baş çəkən əməkdaşımız xoşagəlməz vəziyyətlə qarşılaşıb. Zooparkda xüsusən, heyvanların saxlanıldığı qəfəslərdə, hovuzlarda natəmizlik baş alıb gedir.
Zooparka gələn ziyarətçilər də buradakı baxımsızlıqdan gileylənirlər. Heyvanların bəzisi - şirlər, dəvələr, öküzlər yara töküb, bəzisi aclıqdan öz nəcislərini yeyir. Timsahın suyu yetərincə olmadığı üçün hərəkətsiz qalıb.
Bakı Zooparkının direktoru Azər Hüseynov məsələ ilə bağlı Axar.az-a bunları dedi:
"Qəfəslərin balaca olmağı ərazi ilə əlaqədardır. Timsahın suyunu artıra bilmirik, çünki onun suyu bir az çox olanda isitmək olmur. Dəvələrə gəldikdə isə indi bu heyvanların tük tökən vaxtıdır".