Aksiz Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan siqaretlərin belə marka olmadan ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.
Unikal.org-un məlumatına görə, İdarənin rəisi, general-mayor Ehtiram Xəlilov AZƏRTAC–a bildirib ki, bununla bağlı martın 29-da keçirilən əməliyyat tədbirləri nəticəsində vətəndaş Cəbrayılov İbrahim Yusif oğluna məxsus "NİSSAN SUNNY" markalı, "90-GV-308" dövlət qeydiyyat nişanlı minik avtomobili Abşeron rayonu, Xırdalan şəhəri ərazisində saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı Yusif Cəbrayılova məxsus Belarus və Gürcüstanın aksiz markası ilə markalanmış, həmçinin üzərində heç bir aksiz markası olmayan külli miqdarda "NZ", "Marlboro", "Pirveli", "Parliament", "Kent", "Corset", "Winston" adlı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı Aksiz Baş Gömrük İdarəsində araşdırma aparılır.