Erməni silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirirlər.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq Ağdam rayonunun işğal altında olan "Uzundərə adlı ərazisində hərbi təlimlər başlanıb.

Təlimlərdə ağır artilleriya qurğularından da istifadə edilir.