"Aygün Kazımovaya o qədər yaxşılıqlar etdim, amma..."
Unikal.org xəbər verir ki, bu sözləri axşam.az-a müsahibəsində təşkilatçı Nahid Emiloğlu söyləyib O bildirib ki, xalq artisti ondan şikayət edib:
"Konsertdə Aygün xanım və qızına olan qonorardan 4500 manat ödəməliyəm, borcum hələ də qalıb. Bunu böyütmək lazım deyildi, konsertdir, hər şey ola bilər. Ona qalsa, əvvəllər dəfələrlə Aygün xanıma konsert etmişəm, başqa işlərdə dəstək olmuşam. Hamısı da yüksək səviyyədə alındı. Bunu göz önünə gətirmir? Bu söhbəti bu qədər böyütmək yaxşı deyildi. Borclu qalmışam, danmıram, işim olanda ödəyəcəyəm".