Prezident İlham Əliyev S.P.Məmmədxanovun Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
Unikal.org xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
 
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 
 
1. Sahir Polad oğlu Məmmədxanov Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini təyin edilsin.
 
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
***
 
İlham Əliyev İ.E.Vəliyevin Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 
 
1. İlkin Etibar oğlu Vəliyev Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilsin.
 
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.