"Metroda öpüşən gənclərin üstünə bu qədər getmək, onları sıxışdırmaq düzgün deyil.
Unikal.org xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan bildirib.
Onun sözlərinə görə, bu qınaq onları sevgidən iyrəndirə bilər:
"Sevginin gözü kor olur, onlar həmin anda ətrafı görməyib. Bəlkə də düşünüblər ki, onlara heç kim baxmır. Qoyun, bir-birlərini sevsinlər, təki sevgi olsun. Bu sevgidən onların övladları olsun, oğlan qızı aldatmasın, evlənsinlər. İllər keçəndən sonra isə desinlər ki, biz bu sevgini qoruduq.
Elza Seyidcahan hazırda müasir cəmiyyətdə yaşadığımızı qeyd edib:
"Mentalitet deyilən bir şey var. Jurnalist onlara baxmayıb keçə bilərdi. Ammaonların münasibəti gör nə dərəcədə olub ki, jurnalisti qıcıqlandırıb. Sevgi hissləri sözə baxmır və vaxtı da bilinməz. Gərək, bu hissləri ikilikdə yaşayasan, bir kimsə görməsin. Cəmiyyət arasında bu hisslər yaxşı qarşılanmır. İnsanların hissləri ilə oynamaq olmaz. Gənclərin öpüşməsi ətrafdakıların ehtirasını oyadıb. Bu isə yaxşı deyil.