Bu gün 31 mart Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım günü qeyd olunur.

Unikal.org xəbər verir ki, soyqırım gününü məşhurlarımız da yad edib. Əməkdar artist Elza Seyidcahan bu günə şeir həsr edərək İnstaqram səhifəsində paylaşıb.

Həmin şeiri təqdim edirik:
VƏTƏN BAŞIN SAÄž OLSUN
Azərbaycan yenilməz
Azərbaycan dərilməz,
Yeyilməz.
Azərbaycan əyilməz,
Bölünməz.
Heç nahaqdan bükülməz,
Döyülməz, söyülməz
Donsa da o soyuğunda
Qatil düşmən onu bil ki,
Şaxta istiliyində heç də əriməz
Azərbaycan dəyişməz
Tutduğu yoldan dönməz
Qalx ruhlarım ruhlanın
Döyüşə hazır ordumuzla tuşlanın
Soyqırımlar enmədi bizi
Etdi bizi soydurumlar
Qalxdı ayağa boydurumlar
Kökümüzdə kişilik var
Ər-ərənlik, mərdlik var
Düşməni edəcək tar-mar
Azərbaycan var!
Przedinetimiz
Xalqımız var!
Güclü ordumuzun arxasında Vətənimiz
Azərbyacanımız var!

Elza Seyidcahanın hayqırtısı.