Novruz bayramında Türkiyənin bu şəhərinə turist kimi səfər edən Azərbaycanlıların sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, Trabzon Mədəniyyət və Turizm müdiri Əli Ayvazoğlu, Novruz tətili səbəbiylə şəhərə gələn turistlərin turizmə ayrı bir canlılıq qatdığını söyləyib.

O vurğulayıb ki, təxminən 2-3 min ətrafında İranlı və Azeri turist Novruz səbəbindən şəhərimizə ziyarət edib: "Bunu otellərin doluluq nisbətlərindən anlaya bilirik. Buradan Samsuna, Rizeyə və Batuma qədər getdiklərini bilirik".

Aprel ayında Azərbaycanda keçiriləcək turizm sərgisində qatılacağını deyən Ayvazoğlu bildirib ki, ölkədə təqdimatlar edəcək: "Bu da Azərbaycandan Trabzona gələn turistlərin sayının artımına ciddi təsir göstərəcək.