Çin hökuməti təxminən 10 milyon uyğur müsəlmanın yaşadığı Sincan Uyğur Muxtar Bölgəsində qadınlar üçün burka örtüyü və kişilər üçün isə həddindən artıq uzun saqqal saxlamağı qadağan edib.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Çin hökuməti artıq bu qadağanın tətbiq etməsinin səbənini də açıqlayıb. Bildirilib ki, məqsəd terrorizmin qarşısını almaqdır. Artıq bu bölgədə yaşayan müsəlmanlar bu qadağaya öz etirazlarını da bildiriblər.
Bu bölgədə yaşayan müsəlmanlara yalnız dövlət televiziya kanalına baxmağa icazə verilir. Hökumət həmçinin uşaqlara dini ad qoyulmasını da qadağan edib. Dini televiziya və radioların qadağan edildiyi əyalətdə kişilərin uzun saqqal saxlaması, evliliklər dini deyil rəsmi prosedurlara görə edilməsi qərarı verilib.