Hesablama Palatası Cahangir Əsgərovun karyerasına son qoya bilər
Azərbaycanda inhisarçı dövlət şirkətlərindən olan AZAL-da yoxlamalara başlanılıb.
Unikal.org Politika.Az-a istinadən xəbər verir ki, Hesablama Palatası bununla bağlı artıq ilkin addımlar artmaq üçün hazırlıqlar görür. Belə ki, dövlət şirkətinin maliyyə-təsərrüfat vəziyyətini yoxlamaq üçün komissiya təşkil olunub və yaxın günlərdən etibarən onlar hərəkətə keçməyə hazırlaşırlar. Etibarlı mənbələr bildirir ki, uzun müddətdir yoxlama aparılmayan AZAL-da qəfil belə bir addımın atılması heç də səbəbsiz deyil.
Daxil olan məlumata görə, Hesablama Palatasının hədəfində AZAL-ın prezidenti Cahangir Əsgərov var. Çünki hakimiyyətin yuxarı eşalonu artıq onunla işləməyin mümkünsüz olduğunu düşünür və bununla bağlı fikirləri qətidir. Amma Əsgərovu sıradan bir adam kimi işdən çıxarmaq istəmirlər. Ona görə də, ən ortimal yol yoxlamadan sonra üzə çıxacaq iri həcmli yeyintidən sonra görəvindən almaqdır.
Bu əsnada, Cahangir Əsgərovu gözdən salan başqa amillər də ortaya çıxıb. Belə ki, AZAL prezidenti artıq davranışlarına nəzarət edəcək gücdə olmadığı qənaəti yaranıb. Səbəb isə odur ki, Əsgərovun bu yaxınlarda xaricdə eyş-işrətlə məşğul olarkən fotoları yayılıb. Həmin fotolarda əyləncə mərkəzində qadınların rəqslərini seyr edən AZAL prezidentinin özünün də bu prosesə qoşulduğu diqqəti çəkir. Qeyd edək ki, son dövrlər hakimiyyət dairələri özbaşınalıq edən məmurları cəzalandırmaqdadır. Bu yaxınlarda bir neçə icra başçısının işdən çıxarılması da məhz bu səbəbdən idi. Dövlət rəsmilərinin nümayəndələri də bəyan edirdi ki, təvazökarlıqdaq uzaq, təkəbbürlü və əyləncəyə meyilli dövlət məmurları işdən çıxarılacaq. Görünür, bu sırada Cahangir Əsgərov da var.