Türkiyənin məşhur aktyoru Halit Akçatepe 79 yaşında vəfat edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bu gün İstanbulda dünyasını dəyişib.

Sənətçi bir müddət idi İstanbuldakı xəstəxanalardan birində müalicə alırdı.

O, daha çox məşhur "Habababam sınfı" filmində Güdük Nəcmi obrazı ilə tanınıb.